İQTİSADİYYAT
Cari ildə Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 320,8 milyon dollar olub
Kiyev, 17 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 320,8 milyon dollar olub.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 4 ayda Azərbaycan bu ölkəyə 178,4 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 142,4 milyon dollar olub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]