İQTİSADİYYAT


Cari ildə Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 600 milyon dollara yaxın olub

Kiyev, 20 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 590 milyon dolları ötüb.

Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 9 ayda Azərbaycan bu ölkəyə 280,5 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 309,7 milyon dollar olub.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.