İQTİSADİYYAT


Cari ildə “Azəri-Çıraq-Günəşli”də hasilat 132 milyon barrel olub

Bakı, 16 noyabr, AZƏRTAC

Bu ilin 3 rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 132 milyon barrel, yəni 17,9 milyon ton olub.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, yanvar-sentyabr aylarında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üç rübdə AÇG-dən ümumi hasilat – “Çıraq” (36 min), “Mərkəzi Azəri” (115 min), “Qərbi Azəri” (118 min), “Şərqi Azəri” (64 min), “Dərinsulu Günəşli” (97 min) və “Qərbi Çıraq” (52 min) platformalarından birgə gündəlik orta hesabla 482 min barrel olub.

Rübün sonuna AÇG-də ümumilikdə 124 neft hasilat, 39 su və 7 qaz injektor quyusu istismarda olub. Doqquz ayda blokda 10 neft hasilat və 2 suvurma quyusu qazılıb.

Cari ildə AÇG layihəsinə təqribən 399 milyon dollar əməliyyat və 1 milyard 398 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.