İQTİSADİYYAT


Cari ildə Bakıda 233 yaşayış binası üzrə 14 min 600 mənzilə təbii qaz verilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Bu il Bakıda 233 yaşayış binası üzrə 14 min 600 mənzil təbii qazla təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Bakıda bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, oktyabrın 1-nə olan məlumata görə, 233 yaşayış binası üzrə 14 min 600 mənzil, təkcə sentyabrda isə 45 yaşayış binası üzrə 1326 mənzil qazla təmin olunub.

Bu ilin mayından etibarən Prezident Administrasiyasının tövsiyələri əsasında “Azəriqaz” istintaq zamanı sahibləri həbs edilmiş və ya sahibləri olmayan 6 Mənzil Tikinti Kooperativinə (MTK) məxsus bir neçə yaşayış binasının qazlaşdırılması ilə bağlı yarımçıq qalmış işlərin davam etdirilməsinə də başlayıb. Həmin binaların sakinlərinin uzun vaxtdır ki, yığılıb qalan bu probleminin həlli üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə artıq ümumilikdə 894 mənzildən 653-də qazlaşma işi aparılıb, sayğaclar quraşdırılıb. Üç binada iş tamamlanıb, birində qaz verilişi təmin olunub.

Ümumilikdə birliyin əməkdaşları təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirir. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımı köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.