REGİONLAR


Cari ildə Goranboyda barama istehsalı 18 tona çatdırılacaq

Goranboy, 11 mart, Rauf Hacıyev, AZƏRTAC

Kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın inkişafına dövlət dəstəyi Goranboy kümçülərində bu sahəyə marağı xeyli artırıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda barama istehsalı 2,17 tondan 9,8 tona yüksəlib, kümçülər isə 100 min manata yaxın gəlir əldə ediblər.

Qeyd edilib ki, cari ildə barama istehsalını 18 tona çatdırmaq nəzərdə tutulub. Bunun üçün son illər rayon üzrə müvafiq yem bazası yaradılıb. Qarşıdakı günlərdə isə müvafiq komissiya barama bəsləniləcək yerləri və mövcud şəraiti öyrənməyə başlayacaq. Eyni zamanda, əhali arasında maarifləndirmə işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.