REGİONLAR


Cari ildə Naftalanın turizm mərkəzləri 6 min 383 xarici turist qəbul edib

Naftalan, 17 avqust, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızda sağlamlıq turizminin əsas mərkəzlərindən olan Naftalan şəhəri cari ilin 7 ayı ərzində dünyanın müxtəlif ölkələrindən 6 min 383 nəfər turist qəbul edib.

Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1647 nəfər, yaxud 25,8 faiz çoxdur.

Nadir müalicəvi əhəmiyyətə malik Naftalan nefti əsasında sağlamlığını bərpa etmək istəyənlərin çoxu Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan gələnlər olub.

Hazırda şəhərdə fəaliyyət göstərən 3-ü beş ulduzlu olmaqla, 10 sanatoriya və müalicə mərkəzi 2 min 200 turisti qəbul edə bilir. Otellərdə qiymətlər xidmət səviyyəsindən və otaqların kateqoriyasından asılı olaraq 30-200 AZN arasında dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.