REGİONLAR


Cari ildə Qaxda 491,6 hektar sahədə tütün əkilib

Qax, 20 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsi işi başa çatıb. Cari mövsümdə qaxlı fermerlər 491,6 hektar sahədə tütün yetişdirirlər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

O bildirib ki, fermerlər bu il 461,6 hektar sahəyə “Virciniya” və 14 hektara “Berley” növ ətirli, 17 hektar sahəyə isə “İmmuniy” növ yerli tütün sortları əkiblər. Tütün yetişdirilməsi ilə əlaqədar 70-dək fermerlə müqavilə bağlanılıb. Tütün əkini və becərilməsi işlərinə 800-dən çox mövsümi işçi cəlb olunub.

Sektor müdirinin sözlərinə görə, Qorağan, Tasmalı, Zəyəm kəndlərinin bəzi təsərrüfatlarında artıq yerli tütün sortlarının yığımı və ipə düzülməsinə də başlanılıb.

Xatırladaq ki, ötən il rayonda 971,8 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 161 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.