REGİONLAR


Cari ildə Zaqatala rayonunda 17 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur

Zaqatala, 28 mart (AZƏRTAC). Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə irimiqyaslı layihələr həyata keçirilməkdədir. Bu tədbirlər nəticəsində torpaqların sel sularından mühafizəsinə, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsinə, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət xeyli artmışdır.

Son illər bu istiqamətdə Zaqatala rayonunda da davamlı tədbirlər görülür.

Rayon suvarma sistemləri idarəsindən AZƏRTAC-a bildirmişlər ki, təkcə ötən il “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən Zaqatalada 6 ədəd yeni subartezian quyusu qazılmış, 2-də təmir-bərpa, 27-də isə təmir işləri görülmüşdür. Bundan əlavə, Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində rayonun kəndlərində 3 ədəd subartezian quyusu qazılaraq istismara verilmişdir.

Prezident İlham Əliyevin bu il yanvarın 29-da imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına respublikamızın 32 rayonunun 223 yaşayış məntəqəsində 250, o cümlədən Zaqatala rayonu ərazisində 17 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Tezliklə sərəncamın icrasına başlanılacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.