REGİONLAR


Cari ildə Zaqatalanın sosial-iqtisadi və mədəni həyatında fərqlənənlər mükafatlandırılıb

Zaqatala, 30 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalalılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlişini böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Bu da təsadüfi deyil. 2018-ci ildə zaqatalalılar çalışdıqları əmək kollektivlərində, ayrı-ayrı sahələrdə yüksək nailiyyətlər qazanıb, rayonun inkişafına öz layiqli töhfələrini veriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər əlamətdar bayramlar münasibətilə Zaqatala şəhərində keçirilən ümumrayon şənliyində səsləndirilib.

Rayon fəallarının, ayrı-ayrı əmək kollektivləri nümayəndələrinin, ağsaqqal və gənclərin iştirak etdiyi bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, 31 dekabrın Azərbaycan xalqının tarixində ən yaddaqalan və şərəfli günlərdən biri olduğunu xüsusi vurğulayıb. Qeyd olunub ki, müstəqilliyinin əbədiliyini və dönməzliyini bütün dünyaya elan edən Azərbaycan Respublikasının vətəndaşları, eləcə də Yer kürəsinin müxtəlif guşələrində yaşayan 50 milyondan çox azərbaycanlı hər il bu tarixi günü böyük təntənələrlə qeyd edir. Bildirilib ki, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində son illər Azərbaycanın bütün regionlarının, o cümlədən Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatında da çox böyük dəyişikliklər baş verib, əhalinin güzəranı daha da yaxşılaşıb.

2018-ci ildə rayonun ictimai-siyasi və mədəni həyatında fəal mövqeyi və səmərəli fəaliyyətinə görə fərqlənən şəxslərə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Bayram tədbiri mədəniyyət işçilərinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.