İQTİSADİYYAT


Cari ildə neft sektoruna 1,5 milyard manatdan çox vəsait yönəldilib

Bakı, 18 may, AZƏRTAC

Bu ilin ilk 4 ayında ölkənin neft sektoruna 1 milyard 517,2 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-aprel aylarında neft sektorunda 10 milyard 169,9 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,5 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 2 faiz çoxalıb. Sənaye məhsulunun 69,7 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Apreldə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,9 faiz bahalaşıb.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,5 min nəfər çalışıb. Yanvar-mart aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 321,2 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.