İQTİSADİYYAT


Cari ildə ölkədə 106,2 min yeni iş yeri açılıb

Bakı, 17 noyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında ölkədə 106,2 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 49,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 68,3 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 30,8 faizi digər regionların, o cümlədən 9 faizi Aran, 7,5 faizi Lənkəran, 5,4 faizi Gəncə-Qazax, 2,2 faizi Abşeron, 2,2 faizi Dağlıq Şirvan, 1,6 faizi Yuxarı Qarabağ, 1,5 faizi Şəki-Zaqatala, 1,2 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 72,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 21,2 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 35,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 21,4 faizi tikinti, 10,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi emal sənayesi, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi informasiya və rabitə, 10,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.