İQTİSADİYYAT


Cari ildə ölkədə 1112 minik avtomobili istehsal olunub

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycanda 1112 minik avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 6 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 129,1 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, maşın və avadanlıqların istehsalı 10 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz artıb.

Hesabat dövründə, həmçinin 747 traktor istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.