İQTİSADİYYAT


Cari ildə ölkədə 18,8 milyon ton neft və 12 milyard kubmetrədək əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 17 iyul, AZƏRTAC

Yarım ildə Azərbaycanda 18 milyon 799,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 17 milyard 312,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 11 milyard 989,7 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 6 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,4 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 0,1 faiz çoxalıb.

Ölkədə neft istehsalı 3 faiz azalıb, qaz hasilatı isə 35 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.