İQTİSADİYYAT


Cari ildə ölkədə 189 min tonadək metanol istehsal edilib

Bakı, 17 iyul, AZƏRTAC

Yarım ildə Azərbaycanda 52,5 min ton propilen (ondan əmtəəlik 52,4 min ton), 59,2 min ton polietilen, 71,5 min ton etilen, 188,7 min ton metanol (metil spirti) istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 30,4 faiz artıb. İyulun 1-nə 3,3 min ton propilen, 3,5 min ton polietilen və 31,6 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Hesabat dövründə əsas kimya məhsullarından propilen istehsalı 57 faiz, etilen istehsalı 18,7 faiz, polietilen istehsalı isə 1,2 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.