İQTİSADİYYAT


Cari ildə qlobal neft tələbatı gündəlik 8,8 milyon barrel azalacaq

Bakı, 12 noyabr, AZƏRTAC

2020-ci ildə qlobal neft tələbatının əvvəlki ilə görə 8 milyon 800 min barrel azalaraq sutkada 91 milyon 300 min barrel olacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA-ya görə, gələn il isə neft tələbatının orta hesabla 5 milyon 800 min barrel artaraq gündəlik 97 milyon 100 min barrelə çatması gözlənilir.

2021-ci ildə tələbatın 35 milyon 900 min barreli Asiya-Sakit Okean bölgəsində, 30 milyon 300 min barreli Amerika qitəsində, 14 milyon 200 min barreli Avropada formalaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.