İQTİSADİYYAT


Cari ildə respublika üzrə 540 kilometr uzunluğunda avtomobil yolu tikilib və təmir olunub

Bakı, 28 oktyabr, AZƏRTAC

2021-ci ilin 9 ayı ərzində respublika üzrə 540 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə respublika əhəmiyyətli 103,5 kilometr, yerli əhəmiyyətli 312,5 kilometr və uzunluğu 124 kilometr olan Bakı şəhər yolları tikilib və ya təmir olunub.

Bundan başqa, respublikanın avtomobil yollarında “Zəfər Yolu” üzərində 4 və İsmayıllı rayonunda 4 olmaqla 8 yeni körpü inşa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.