REGİONLAR
Cari ildə tarlalardan 534,2 min ton kartof yığılıb
Bakı, 20 avqust, AZƏRTAC
Bu ilin avqust ayının 1-nə kimi tarlalardan 534,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çox kartof yığılıb.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 925,7 min ton (keçən illə müqayisədə 15,6 faiz çox) tərəvəz, 308,1 min ton (1,1 faiz az) bostan məhsulları, 207,4 min ton (2,7 faiz çox) meyvə və giləmeyvə, 4,2 min ton (2,1 faiz çox) üzüm, 535,2 ton (20,5 faiz çox) yaşıl çay yarpağı, 1,8 min ton (ötən illə eyni səviyyədə) günəbaxan və 2,1 min ton (5,7 faiz çox) tütün toplanıb.
Bundan başqa, qarğıdalı da daxil olmaqla 3 milyon 9,3 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]