İQTİSADİYYAT


Cari ildə təbii qaz abonentlərində 100 minədək artım gözlənilir

Bakı, 30 aprel, AZƏRTAC

Bu il təbii qaz abonentlərində 100 minədək artım gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

“Ölkə üzrə abonent sayı 2 milyon 400 minə çatıb. Qazlaşma səviyyəsi isə hazırda 96,2 faizdir. Qazlaşma prosesi hər il dövlət proqramına uyğun davam etdirilir. Təbii qaz abonentlərinin sayı hər il artır. Bu il 100 minədək abonent artımı gözlənilir”, - deyə R.Əliyev bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.