İQTİSADİYYAT


Cari ildə ümumi daxili məhsul 2,4 faiz artıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 50 milyard 875,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb.

ÜDM-in 43,6 faizi sənayedə, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6 faizi tikintidə, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 14,6 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 145,1 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.