İQTİSADİYYAT
Cari ildə ümumi daxili məhsul istehsalı azalıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında ölkədə 45 milyard 962,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, neft-qaz sektorunda isə 4,9 faiz azalıb. ÜDM istehsalının 35,2 faizi sənaye, 11,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,1 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 4611,7 manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:03]
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]