İQTİSADİYYAT
Cari ilin 11 ayı ərzində 7,6 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür
Bakı, 16 dekabr (AZƏRTAC). Cari ilin yanvar-noyabr aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,6 milyard manat həcmində vəsait yönəldilmiş, 7,6 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, əsaslı vəsaitin 77,2 faizini və ya 9,7 milyard manatını daxili investisiyalar təşkil etmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 24,0 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 22,7 faiz artmışdır.
Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 45,1 faizi, yaxud 5,7 milyard manat sərf olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]