REGİONLAR


Cari ilin 6 ayı ərzində Saatlıda 20 min 603 ton süd istehsal olunub

Saatlı, 10 iyul, Mahir Babayev, AZƏRTAC

Saatlıda kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yenilənir.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 617 baş iribuynuzlu mal-qara və 115 min 348 baş qoyun-keçi saxlanılır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 1211 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.

Cari ilin 6 ayı ərzində rayonda 3 min 566 ton ət (diri çəkidə), 20 min 603 ton süd və 85 ton yun istehsal edilib ki, bu da ötən ildəkindən xeyli çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.