REGİONLAR


Cari ilin 6 ayında Göyçayda 28 min 765 ton pomidor istehsal olunub

Göyçay, 10 iyul, AZƏRTAC

Göyçayda pomidorun topdansatış qiyməti bəzi günlərdə 20-25 qəpiyədək düşür. Bu, təbii ki, məhsul bolluğu ilə əlaqədardır.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ildə 249,1 hektarda pomidor yetişdirilir. Pomidor sahələri ötən yarımildəkindən 32,6 hektar çoxdur.

Son zamanlar ilboyu məhsul istehsalına imkan verən istixana təsərrüfatına maraq çox artıb. Təsadüfi deyildir ki, sahələrin yarıdan çoxu istixanalardadır.

Rayonun demək olar ki, bütün ərazilərində sakinlər tərəvəzçiliklə məşğuldur. Təkcə Ləkçıplaq ərazi vahidində 94 hektarda pomidor, habelə xiyar yetişdirilir. Şəkər və Mırtı ərazi vahidlərində də müvafiq olaraq 44 və 22 hektarda əkin aparılıb.

Qeyd edək ki, cari ilin ötən 6 ayında Göyçayda 28 min 765 ton pomidor istehsal olunub ki, bu, ötən yarımildəki göstəricidən 48 ton artıqdır. Hazırda pomidor yığımının qızğın çağıdır. Hər gün ətraf rayonların və iri şəhərlərin bazarlarına tonlarla pomidor daşınır. Məhsul bolluğu, təbii ki, qiymətlərə də ciddi təsir göstərir. Təsadüfi deyildir ki, bəzi günlərdə pomidorun topdansatış qiyməti aşağı düşür. Ümumiyyətlə isə yarımillikdə rayonda orta topdansatış qiyməti 55 qəpik olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.