CƏMİYYƏT


Cari ilin 9 ayı ərzində e-sosial.az portalından 7,4 milyon dəfə istifadə edilib

Bakı, 26 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2021-ci ilin 9 ayında da artmaqda davam edərək oktyabrın 1-nə 984 minə çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2018-ci ilin son aylarında istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara çıxış və hüquqların yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Portalın daha əlçatan olmasına şərait yaradılması üçün portalın “Android” və “İOS” əməliyyat sistemlərindəki versiyaları da fəaliyyət göstərir.

Ölkənin sosial reyestri olan e-sosial.az portalından bu ilin yanvar-sentyabr aylarında 7,4 milyon dəfə istifadə edilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.