CƏMİYYƏT


Cari ilin aprelində ölkə ərazisinin 25 faizi şiddətli quraqlığa məruz qalıb

Cari ilin aprelində ölkə ərazisinin 25 faizi şiddətli quraqlığa məruz qalıb

Bakı, 1 dekabr, AZƏRTAC

Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə çoxillik optik peyk təsvirləri əsasında monitorinq aparılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərkosmosun məsafədən zondlama üzrə aparıcı mütəxəssisi İsmət Baxışov “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın nəticələrinə həsr olunmuş konfransda deyib.

O bildirib ki, 22 illik peyk təsvirləri əsasında ölkənin bitki örtüyündə baş verən nisbi dəyişikliklər qiymətləndirilib: “Nəticələrə əsasən, 2020-ci ildə çox şiddətli quraqlığa məruz qalmış ərazilər aprel ayında, 2021-ci ildə isə oktyabr ayında qeydə alınıb. Cari ildə layihənin icrası davam edir".

İ.Baxışov söyləyib ki, ümumilikdə aprel ayında ölkə ərazisinin 2020-ci ildə 20 faizi, 2021-ci ildə 3 faizi, 2022-ci ildə isə 25 faizi şiddətli quraqlığa məruz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.