İQTİSADİYYAT


Cari ilin birinci rübündə 60 səhmdar cəmiyyətinin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanmışdır

Bakı, 28 aprel (AZƏRTAC). Cari ilin ilk üç ayı ərzində səhmdarların hüquqlarının müdafiəsi, habelə səhmdarlar arasında münasibətlərin tənzimlənməsi tədbirləri davam etdirilmişdir. 

Hesabat dövründə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 333 səhmdar cəmiyyətində səhmdarların hüquqlarının pozulması ilə bağlı 94 şikayət ərizəsi və 9 müraciət daxil olmuşdur. Aparılmış araşdırmalar nəticəsində səhmdar cəmiyyətlərinin 60-nın fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanmışdır. Həmin səhmdar cəmiyyətlərinə qarşı 2050 manat məbləğində inzibati cərimələr tətbiq edilmişdir. On iki səhmdar cəmiyyətinə fəaliyyətlərində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında icrası məcburi göstərişlər verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.