REGİONLAR


Cari ilin birinci rübündə Ağstafada əsas kapitala 2,6 milyon manat investisiya yönəldilib

Ağstafa, 18 aprel, Famil Quliyev, AZƏRTAC 

Ötən üç ayda Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 2 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 6,8 faiz artıb, nəqliyyat xidmətində 5,7 faiz, rabitə xidmətində 0,9 faiz, ticarət sahəsində 6,3 faiz artım olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,6 milyon manat təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağstafada 2018-ci ilin ilk üç ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin hesabat məruzəsində qeyd olunub.

Diqqətə çatdırılıb ki, yanvar-mart ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 430 nəfər işlə təmin olunub. Hazırda rayon Məşğulluq Mərkəzində 204 vakant iş yeri mövcuddur.

Qeyd olunub ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart aylarında rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 460,1 min manat və ya 6,8 faiz artıb. Rayon üzrə 8517 hektar sahədə buğda, 1588 hektar sahədə arpa olmaqla, 10105 hektar taxıl səpini həyata keçirilib. Yazlıq bitkilərin əkini davam etdirilir.

Cari ilin üç ayında rayonda abadlıq-quruculuq və təmir-tikinti sahəsində də sürətli inkişaf təmin olunub. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilib. C.Cabbarlı və Nizami küçələrində abadlıq-yenidənqurma işləri aparılıb. Şəhərin M.Allahverdiyev küçəsində 16, 20, 22 saylı, Ş.Qurbanov küçəsində 23 və 24 saylı binaların dam örtüyü dəyişdirilib, 32 mənzilli yaşayış binasının həyətində abadlıq işləri aparılıb.

Hesabat yığıncağında rayonda yol infrastrukturunun yaxşılaşdırılması, problemlərin aradan qaldırılması istiqamətində bir sıra işlərin görüldüyü də vurğulanıb. Bildirilib ki, hazırda rayonun Düzqışlaq-Kolayır-Qarahəsənli-Xılxına avtomobil yolunda əsaslı təmir işləri aparılır.

Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlər hərtərəfli təhlil olunub, tapşırıq və tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.