CƏMİYYƏT
Cari ilin ilk 6 ayında 260 uşaq icbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrinə yönləndirilib
Bakı, 5 avqust, AZƏRTAC
Cari ilin ilk 6 ayında ölkə üzrə 260 uşaq xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı icbari tibbi sığorta çərçivəsində müqaviləli tibb müəssisələrinə yönləndirilib.
AZƏRTAC xəbər verir ki, onlardan 18 yaşdan aşağı olan 101 nəfər ürək-damar cərrahiyyəsi üzrə əməliyyat keçirib.
Dövlət tibb müəssisələrində aparılması mümkün olmayan xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilənlərin ümumi sayı 7 min 386-dır.
Özəl tibb müəssisələrinə yönləndirilənlərin 2 min 353-ü ürək və damar cərrahiyyəsi/kardiologiya, 904-ü oftalmologiya, 437-si urologiya, 327-si neyrocərrahiyyə, 279-u travmatologiya , 123-ü LOR , 37-si ümumi cərrahiyə, 14-ü isə digər sahələr üzrədir.
Yanvar-iyun aylarında icbari tibbi sığorta çərçivəsində mamalıq və ginekologiya üzrə isə 8 nəfər özəl tibb müəssisələrində əməliyyat olunub.
Qeyd edək ki, 2021-ci ilin ilk 6 ayında icbari tibbi sığorta çərçivəsində 9 milyondan çox tibbi xidmət göstərilib.