İQTİSADİYYAT


Cari ilin ilk dörd ayında sığorta şirkətləri tərəfindən 5 min 153 sığorta tələbi qeydiyyata alınmışdır

Bakı, 22 may (AZƏRTAC). Cari ilin ilk dörd ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə informasiya sistemində İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətləri tərəfindən 5 min 153 tələb qeydiyyata alınmışdır.

İSB-dən AZƏRTAC-a bildirmişlər ki, qeydiyyata alınmış sığorta tələblərindən 5 min 139-u üzrə sığorta ödənişi həyata keçirilmişdir. Doqquz sığorta tələbi üzrə ödəniş verilməsindən imtina olunmuş, 211 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.