İQTİSADİYYAT


Cari ilin mayın 1-nə aktiv əmək müqavilələrinin sayı 1 milyon 691 mindən çoxdur

Bakı, 26 may, AZƏRTAC

2019-cu ildə vergi sistemində aparılan islahatlar əmək bazarında əhəmiyyətli dəyişikliklərə gətirdi. Biznes üçün təşviqedici vergi güzəştlərinin verilməsindən artıq 3 ilə yaxın bir müddət keçir. Bu gün həmin güzəştlərin əmək bazarına təsirini necə qiymətləndirmək olar?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadənin sözlərinə görə, Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı tərəfindən əmək münasibətlərinin şəffaflaşdırılması, özəl sektorda əmək müqavilələrinin bağlanmasına nəzarətin artırılması, "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, vergidən yayınmanın qarşısının alınması, bazarda sağlam rəqabətin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verildi. Bu baxımdan həmin dövrdə vergi sistemində aparılan islahatlar çərçivəsində ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə əmək bazarında vergi təşviqləri müəyyən edildi: “Belə ki, vergi qanunvericiliyinə 2019-cu ildən edilmiş dəyişikliklərə əsasən, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan şəxslərin muzdlu işdən 8 min manatadək əldə etdikləri gəlirləri 7 il müddətinə vergidən azad edildi. Özəl sektor üçün bu, çox əhəmiyyətli bir təşviqdir və 3 il sonra biz əldə edilmiş nəticələri qiymətləndirsək, əmək bazarına müsbət təsir etdiyini görə bilərik”.

N.Vahabzadə, həmçinin qeyd edib ki, 2022-ci ilin mayın 1-nə aktiv əmək müqavilələrinin sayı 1 milyon 691 mindən çoxdur. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 290 minə yaxın artıb. Artımın 80 faizi (242 min) məhz islahatın tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.