CƏMİYYƏT


Cari ilin ötən ayları ərzində 369 milyon balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb

Bakı, 22 avqust, G.Mahmudlu, AZƏRTAC

Cari ilin sonunadək 445 milyon müxtəlif növ balıq körpələrinin respublikanın təbii su hövzələrinə buraxılması nəzərdə tutulub. Bu vaxta qədər 369 milyon balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb. Bunların 74,420 minini qızılbalıq, 8,3 milyonunu nərəkimilər, 360 milyonunu isə çəkikimilər təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioresursların Artırılması Sektorunun müdiri Fəridə Ələkbərova məxsusi müsahibəsində məlumat verib.

F.Ələkbərova bildirib ki, nərəkimilərin cari il üçün yenidən suya buraxılması gözlənilmir. Lakin 74 milyon çəkikimilər sentyabrda, 100 min qızılbalıq isə noyabr-dekabr aylarında su hövzələrinə buraxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.