CƏMİYYƏT
Cari ilin yanvar-sentyabr aylarında 896 şəxs barəsində cinayət işləri məhkəmələrə göndərilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında 896 şəxs barəsində başlanmış cinayət işinin istintaqının yekunlaşdırılaraq, baxılması üçün məhkəmələrə göndərilməsi təmin edilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.