İDMAN


Cari mövsümdə Topaz Premyer Liqasında ən çox tamaşaçı “Qarabağ” – “Neftçi” oyununda qeydə alınıb

Bakı, 5 fevral, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019-cu il mövsümündə matçları izləyən tamaşaçı sayı ilə bağlı yeni rekord qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, XV turda “Qarabağ” və “Neftçi” komandaları arasındakı oyunu (1:1) 6 min tamaşaçı izləyib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.

Bu oyuna qədər ən çox tamaşaçı “Sabah” – “Qarabağ” matçında (0:2) qeydə alınmışdı. VI turda “Əlincə Arena”da keçirilən qarşılaşmanı 4500 tamaşaçı izləmişdi.

Ümumilikdə XV turun dörd oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakı göstəricidən 280 nəfər çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.