ELM VƏ TƏHSİL
Cari tədris ili üçün müvafiq fənlər üzrə elmi-metodik seminarlar başlayır
Bakı, 26 sentyabr, AZƏRTAC
Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodik seminarlar oktyabrın 3-dən fəaliyyətə başlayır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Təhsil İnstitutuna, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarına məktublar və seminarların iş qrafiki göndərilib.
Seminarların işində müvafiq fənlər üzrə müəllimlər, metodistlər, metodika kafedralarının müəllimləri, mütəxəssislər, pedaqojiyönümlü fakültələrin magistrləri iştirak edə bilərlər.
Seminarların keçiriləcəyi ünvan: Abdulvahab Salamzadə küçəsi 28; keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.