REGİONLAR


Cari tədris ilində Mingəçevir Dövlət Universiteti Elmi Şurasının ilk iclası keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Cari tədris ilində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının ilk iclası keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iclası açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlanılması və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şura üzvlərini təbrik edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Əvvəlcə “2022/2023-cü tədris ili üçün MDU Elmi Şurasının iş planı” layihəsi müzakirə edilib və təsdiq olunub.

İclasda “2021/2022-ci tədris ilinin yaz və yay imtahan sessiyasının yekunları haqqında” və “2022/2023-cü tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun yekunları haqqında” hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra hər iki hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, rektor Ş.Bayramov cari tədris ilində qarşıya qoyulan vəzifələr haqqında ətraflı məlumat verib. Tədrisin və elmi fəaliyyətin keyfiyyətinin davamlı surətdə yüksəldilməsi, tərəfdaş xarici və yerli universitetlərlə əməkdaşlığın inkişafı, sənaye ilə işbirliyinin gücləndirilməsi, tələbələr və məzunlarla işin təkmilləşdirilməsi, akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, ictimai-sosial tədbirlərdə fəal iştirakın təmin edilməsi və digər istiqamətlər üzrə görülməli olan işlər barədə danışan rektor aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Daha sonra cari məsələlərə baxılıb. “Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” adlı fənnin məcburi fənn kimi tədris planlarına daxil edilməsi və MDU-da tədrisi təşkil edilən yeni ixtisasların tədris planlarının təsdiq edilməsi haqqında məsələlər müzakirə olunub və Elmi Şura tərəfindən qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.