İDMAN


“Carnavales de Gran Canaria 2021” şahmat turnirinin qalibi müəyyənləşib

Bakı, 17 fevral, AZƏRTAC

Blits üzrə onlayn formatda keçirilən “Carnavales de Gran Canaria 2021” turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarının da iştirak etdikləri yarışda 11 turdan 10 xal toplayan hindistanlı qrossmeyster Raunak Sadvani qalib adını qazanıb.

Şahmatçılarımız arasında ən yüksək nəticəni Vüqar Rəsulov və Zaur Məmmədov göstəriblər. Onlar 9 xalla ilk onluqda yer alıblar.

“Lichess.org” platforması vasitəsilə keçirilən yarışda 600-dən çox şahmatçı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.