İQTİSADİYYAT
“Caspian Agro 2019” sərgisində debüt edən şirkətlərin sayı iştirakçıların 40 faizini təşkil edir
Bakı, 14 may, AZƏRTAC
Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq “Caspian Agro 2019” sərgisi 26 ölkəni təmsil edən 240 şirkətin nümayəndəsini bir araya gətirəcək.
AZƏRTAC xəbər verir ki, bu il Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplar ilə iştirak edir. Sərgidə ənənəvi iştirakçılarla yanaşı, debüt edən ölkə Mərakeşdir. Sərgidə debüt edən şirkətlərin sayı tədbir iştirakçılarının 40 faizini təşkil edir.
“Caspian Agro” sərgisi iştirakçıları regionda ən böyük ekspozisiyanı təqdim edirlər. Buraya suvarma sistemləri, istixanalar üçün avadanlıqlar, parniklər, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvan yemləri, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin becərilməsi və sair aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2023 [14:12]
Xəzər İnşaat Həftəsi oktyabrda yenidən öz işinə başlayacaq
- 19.05.2023 [18:28]
“Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri öz işini başa çatdırıb
- 18.05.2023 [18:20]
Şri-Lanka şirkətinin təmsilçisi: Azərbaycanda öz filialımızı açmaq istəyirik
- 17.05.2023 [16:22]
İlya Kaxaşvili: Qida Sənayesi sərgisində iştirak etməkdən çox məmnunuq
- 17.05.2023 [14:50]
31 ölkədən 479 şirkət bir arada - YENİLƏNİB VİDEO
- 16.05.2023 [14:36]