Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Caspian Agro-2022”: Aqrotexnologiya nəhəngləri Bakıda toplanıb VİDEO

Bakı, 19 may, AZƏRTAC

Mayın 18-dən etibarən Bakıda 15-ci “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisinə start verilib.

Ənənəvi olaraq kənd təsərrüfatı istehsal vasitələrinin tədarükçülərı, istehsalçılar, fermerlər və dövlət qurumları arasında təcrübə mübadiləsi, ünsiyyət və səmərəli tərəfdaşlıq platforması kimi özünü doğrultmuş “Caspian Agro” sərgisində 24 ölkədən 449 iştirakçı təmsil olunub. Sərgidə fermerlərə müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumçuluq və tingçilik məhsulları, yemlər və yem əlavələri, suvarma sistemləri, istehsal xətləri və s. kimi yüzlərlə eksponat təqdim edilib. Builki sərgi xüsusi “Smart Agro” konsepti ilə marağa səbəb olub. Türkiyə və İsrailin kənd təsərrüfatı nazirlərinin, eləcə də Gürcüstanın kənd təsəfrrüfatı nazirinin müavininin sərgidə iştirakı buna əyani sübutdur.

Kənd təsərrüfatının dayanıqlı inkişafı mütərəqqi texnologiyaların tətbiqi ilə mümkündür

Bunların arasında Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Smart Agro” stendində Aqroservis ASC tərəfindən təqdim edilən “Robotti” texnikasını xüsusi qeyd etmək lazımdır. Regionda bir ilk olan bu texnika, hətta, dünya səviyyəsində belə cəmi bir neçə ölkədə pilot layihə kimi sınaqlardan keçirilir. Danimarkanın “Agrointelli” şirkətinin istehsalı olan “Robotti” heç bir sürücünün və idarəedicinin köməyinə ehtiyac olmadan avtonom şəkildə çalışan və traktoru əvəz edən innovativ bir aqrobotdur. Bu aqrobot ağıllı idarəetmə sistemilə təchiz edilmişdir ki, bu da “Robotti”yə heç bir müdaxilə olmadan sahə üzrə optimal marşrut seçərək işləri icra etməyə imkan yaradır. Təhlükəsizliyin təmin edilməsi üçün “Robotti” xüsusi ölçü cihzaları ilə təchiz edilib. Bunun sayəsində o, həm də bitkilərin zədələnməsinin qarşısını ala bilir. Aqrobot eyni performanslı traktorla müqayisədə iki dəfədən çox yüngül olduğu üçün torpağın preslənməsinə yol vermir, bu isə öz növbəsində məhsuldarığa əlavə müsbət təsir edir. “Robotti” innovativ texnikası standart qoşqu və aqreqatlarla işləmək üçün tam uyğundur.

Stenddə digər diqqət cəlb edən innovativ texnikalardan yerli istehsal olan “Aqrosron 1” aqrodronunu və Almaniya istehsallı “Trinity F90 Plus” aqrar monitorinq dronunu qeyd etmək lazımdır. “Aqrosron 1” dronu 16 litr tutumlu dərmansəpən çən, 4 kamera ilə təchiz edilib, 1 hektar ərazini 30-35 dəqiqə ərzində dərmanlayır.

“Trinity F90 Plus” isə multispektral və topoqrafik xəritələrin, ərazilərin və bitkilərin elektron xəritələrinin hazırlanması, zərərvericilərin və xəstəliklərin müəyyən edilməsi üzrə ixtisaslaşmış innovativ bir drondur. Bu aqrodron topladığı məlumatlar ilə məhsul yığımının vaxtının dəqiqləşməsinə və ən optimal vaxtı müəyyənləşdirərək, məhsuldan gələn gəliri maksimum həddə çatdırmağa kömək edir.

Beləliklə, biz Azərbaycan dövlətinin və ölkədə sektorun lokomotiv qüvvəsi olan Kənd Təsərrüfatı Nazirliyinin aqrar sektorda da innovativ texnologiyaların tətbiqində maraqlı olduğunu görürük. Bu, həm də hökumətin digər texnoloji pilot layihələri ilə öz təsdiqini tapır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin işğaldan azad edilmiş Zəngilan rayonunda həyata keçirdiyi “Ağıllı kənd” layihəsi dünyada nadir rast gəlinən unikal layihələrdəndir. Burada məqsəd mütərəqqi aqrotexnoloji nailiyyətlərdən istifadə edərək, kənd təsərrüfatının intensif inkişafına, fermerlərin gəlirlərinin artmasına, torpaq və su resurslarına qənaət edilməsinə və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır. Artıq bütün dünyada bu qəbul edilmiş həqiqətdir ki, intensiv və dayanıqlı kənd təsərrüfatı yalnız yüksək səmərəliliyə və dəqiqliyə malik müasir texnologiyaların tətbiqi ilə mümkündür. Bu baxımdan nazirliyin tutduğu xəttin mütləq öz bəhrəsini verəcəyi qənaətindəyik.

Meyvə bağlarında yeni standart

Sərgidə digər maraqlı texnika isə bütün dünyada öz kənd təsərrüfatı texnikalarının performansı və keyfiyyəti ilə məşhur olan “New Holland” şirkətinə məxsus zeytunyığan kombayn oldu. “New Holland Braud 9090x” zeytunyığan kombaynı ölkə üzrə öz sinfində unikal texnikadır. Kombayn 6 silindrli 175 at gücünə malik mühərriklə təchiz edilmişdir ki, bu da həm artırılmış çəkim gücü, həm də yanacağa 35% qənaət imkanı verir. “New Holland Braud 9090x” zeytunun daha tez və itkisiz yığılmağını təmin edir. GPS texnologiyası ilə təchiz edilmiş xüsusi RTK sistemi sahənin xəritələnməsi və “İntelliView” monitoru vasitəsilə cərgələrə nəzarət imkanı yaradır. Bunun sayəsində sistem məhsulun yığıldığı və yığılmadığı cərgələri ölçə bilir. Eyni zamanda, kombaynda yığımdan öncə və sonra avtomatik çəki ölçmə mexanizmi mövcuddur. Bu isə sahələrin məhsuldarığını ölçməyə və nəzarətdə saxlamağa imkan verir.

Öncəki illərdən fərqli olaraq, “New Holland” stendində çox sayda yeni traktor modelləri də müşahidə edilir. Şirkət rəsmisi tərəfindən bu ildən Azərbaycan bazarında “New Holland” markalı traktorların iri, orta və kiçik ölçülü təsərrüfatlarda, bağlarda istifadə edilən çox sayda model ilə təmsil olunacağı bildirildi.

Fermerlər italyan texnologiyalarına maraq göstərir

Sərgidə İtaliyadan “Maschio Gaspardo” şirkəti də iştirak edir. “Maschio Gaspardo” çox geniş model sırasına malik bir şirkətdir. Xüsusilə qeyd etmək lazımdır ki, şirkət Azərbaycan bazarında bağçılıq sahəsində geniş istifadə edilən bütün növ aqreqatları ilə rəğbət qazanıb.

Bu ilki sərgidə şirkət yerli bazarda unikal olan 3.2 tonluq, GPS sistemi və ərazi relyefinin izlənməsi sisteminə malik, nəzarət monitorları ilə təchiz edilmiş qoşulan tip innovativ ağıllı “Gaspardo Campo” 32 dərmansəpəni də nümayiş etdirir. Bu dərmansəpən xüsusi ölçü, nəzarət və hidravlik açılan qolların üzrərində yerləşən hava yastıqları mexanizmləri vasitəsilə pestisid tətbiqinin daha səmərəli şəkildə həyata keçirilməsini təmin edir.

Bundan başqa, stenddə kiçik və orta ölçülü fermer təsərrüfatlarına dəstək məqsədilə daha münasib qiymətə təqdim edilən “Maschio Pitagora” presbağlayan aqreqatı da görə bilərik. Bu model presbağlayanlar nahamar relyefdə istifadənin asanlaşdırılması üçün ramanın möhkəmləndirilməsi məqsədilə üçüncü əlavə dayaq təkərləri ilə təchiz edilmişdir. “Pitagora”nın daha bir üstün cəhəti bundan ibarətdir ki, fermerlərin ən çox əziyyət çəkdiyi, yabaların sıradan çıxması problemi bu presbağlayanlarda aradan qaldırılmışdır. Xüsusi qoruyucu boltlar bu texnikalarda qəza anında yabaların sıradan çıxmasının qarşısını alır.

Eyni zamanda “Maschio Gaspardo” markası sərgidə öz pnevmatik dəqiq səpin aqreqatlarını, pambıqçılıqda istifadə üçün nəzərdə tutulan kultivatorlarını və s. aqreqatlarını nümayiş etdirir.

Ağıllı nəzarət-ölçü mexanizmləri aqrosektorda yeni trend yaradır

Sərgidə bu il ağıllı ölçü və nəzarət mexanizmləri üzrə yeni şirkətlərin iştirakı müşahidə edilir. Bu tip texnologiyalar yaxın illərdə sektorun gələcəyini dəyişəcək texnologiyalar sırasında olacaq. Bu cür markalardan biri də “Cognitive Agro Pilot” stendində təmsil edilir. “Agro Pilot” ağıllı kameraları yeni nəsil kombaynlara quraşdırılır. Bu mexanizm süni intellektin köməyi ilə kombayn sürücürlərinə gecə və pis görüntü şəraitində təhlükəsiz idarəetməni təmin edir. Eyni zamanda texnologiya avtonom idarə edilən komaynların fəaliyyətinin tənzimlənməsində istifadə edilir. Xüsusi kameralar və ağıllı sistyem vasitəsilə mexanizm kombaynın hgərəkət trayektoriyasını müəyyən edir, təhlükə anında hərəkəti saxlayır və s. Nəticə etibarilə bu texnoloji həll dən itkisinin qarşısını almaqda, məhsuldarlığı artırmaqda və yığımın sürətlənməsində fermerlərə kömək edir.

“Caspian Agro-2022”: Aqrotexnologiya nəhəngləri Bakıda toplanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO