İQTİSADİYYAT


“Caspian Agro” sərgisində Belarusun süd məhsulları da təqdim olunur

Bakı, 12 iyun, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində məhsullarını təqdim edən müəssisələrdən biri də Belarusun “Luninets” süd zavodudur.

Zavodun təmsilçisi Yelena Kosaç AZƏRTAC-a müsahibəsində bildirib ki, müəssisə əsas etibarilə 82,5 faiz dərəcəli yağlılığı olan yağ və bəzi süd məhsulları istehsal edir. Bundan başqa, sərgidə müxtəlif növ dondurmanın hazırlanması üçün müvafiq inqrediyentlər də təqdim olunur.

Y.Kosaç qeyd edib ki, Azərbaycanın bir sıra marketlərində zavodun yüksək standartlara cavab verən yağ və süd məhsulları satılır, məhsullara böyük tələbat var. Sərgi iştirakçılarına, həmçinin şirniyyat istehsalında istifadə edilə biləcək 25 kiloqramlıq kisələrdə yağlı və yağsız quru süd məhsulları da nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.