İQTİSADİYYAT


“Caspian Asian Club” ilk iclasını keçirəcək

Bakı, 13 may, AZƏRTAC

"Caspian Asian Club" mayın 22-də Bakıda ilk iclasını keçirəcək.

Bu barədə AZƏRTAC-a "Caspian Asian Club"un baş icraçı direktoru Samir Hacıyev məlumat verib.

İclasın işində biznes nümayəndələrinin, həmçinin diplomatik, ticarət və iqtisadi missiya rəhbərlərinin, Asiya regionu ölkələrinin Azərbaycanda çalışan sahə assosiasiyaları və palatalarının başçılarının iştirakı gözlənilir.

"Görüş iştirakçıları Xəzər-Qara dəniz regionunda işləmək istəyən Asiya regionu şirkətləri ilə klub üzvləri arasında əməkdaşlıq imkanlarının öyrənilməsi və üzə çıxarılması məqsədilə "Caspian Asian Club"un fəaliyyəti ilə tanış olmaq fürsəti əldə edəcək", - deyə S.Hacıyev bildirib.

"Caspian Asian Club" 2018-ci il yanvarın 26-da Asiya və Xəzər-Qara dəniz regionu ölkələrinin biznes ictimaiyyətləri arasında dialoqu fəallaşdırmaq məqsədilə yaradılıb. Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un fəal iştirakı ilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.