CƏMİYYƏT


“Caspian Ecology 2019”un yubiley sərgisinə 100 gün qalıb

Bakı, 5 avqust, AZƏRTAC 

Noyabrın 13-dən 15-dək Bakıda keçiriləcək Azərbaycan “Caspian Ecology 2019” 10-cu yubiley Beynəlxalq Ətraf Mühit Sərgisinə 100 gün qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2010-cu ildən etibarən hər il keçirilən sərgidə bu dəfə də ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətlər, dövlət və qeyri-hökumət təşkilatları bir araya gələcək.

Nazirlik ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyalarla tanış olmaq, işgüzar münasibətlər qurmaq və təcrübə mübadiləsi aparmaq üçün hər kəsi Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019”un yubiley sərgisinə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.