Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Bakı Ekspo Mərkəzində “Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev sərgiyə baxış keçirib.

Sərgiyə baxış keçiriləndən sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə verdiyi müsahibədə deyib: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2010-cu il “Ekologiya ili” elan olundu və Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi də məhz həmin ildən keçirilməyə başladı. Sərginin əsas məqsədi diqqəti ekologiya və ətraf mühit məsələlərinə yönəltməkdən ibarətdir. Onuncu dəfə keçirilən sərgidə indiyədək 500-dən çox şirkət iştirak edib. Əvvəlki illərlə müqayisədə builki sərgiyə maraq daha çoxdur. Budəfəki sərgidə də ekologiya və ətraf mühitin bu və ya digər problemlərini həll etmək üçün qabaqcıl texnologiyalar nümayiş olunur”. Nazir müavini bildirib ki, Azərbaycan az sulu ölkələrdən olduğuna görə işlənmiş suyun emal edilərək yenidən canlandırılıb təkrar istifadə edilməsi bizi çox maraqlandırır. Ümid etməyə dəyər ki, sərgiyə gələn iş adamları da ekologiyanın sağlamlaşdırılması üçün qabaqcıl texnologiyaları əldə edib onları istehsalata tətbiqi barədə düşünəcəklər. “Ekologiya və ətraf mühitlə əlaqədar ən qabaqcıl texnologiyaların bu sərgidə nümayişi və gələcəkdə tətbiqi nəticəsində ölkəmizdə ətraf mühitin sağlamlaşmasına nail olmaq olar”, – deyə F.Əliyev bildirib.

Nazir müavini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar bir gündə ölkə ərazisində 650 min ağacın əkilməsi təşəbbüsünün icrası ilə bağlı hazırlıq işləri barədə də məlumat verib. Bildirib ki, bu nəcib və xeyirxah təşəbbüsün həyata keçirilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir. Bu qədər sayda və bu qədər geniş miqyasda həyata keçirilən ekoloji tədbir ilk dəfə olaraq həyata keçiriləcək. Həmin ağacların təkcə əkilməsi deyil, həm də onlara qulluq edilməsi, boya-başa çatdırılması da diqqət mərkəzində olacaq. Artıq həmin təşəbbüs nəticəsində salınacaq yaşıllıq zonalarının xəritələşməsi həyata keçirilib və həmin zonalarda müvafiq monitorinqlər keçirilməsi də nəzərə tutulub.

Sərgidə 10 ölkədən 60 şirkət sənayenin ən son nailiyyət və innovasiyalarını nümayiş etdirir. Eksponentlərin 17 faizinin əksəriyyətini sərgidə debüt edən xarici iştirakçılar təşkil edir.

“Caspian Ecology” sərgisi ekologiya sektorunun "EcoTech" - tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə və təkrar emal sistemləri, "EcoFood" - ekoloji məhsul və içkilər: fermer məhsulları, sağlam qida, balıqçılıq, "EcoManage" – mühəndis-konsaltinq xidmətləri, texniki dəstək, layihələndirmə, "Recycled Products" – təkrar emal edilmiş materiallardan hazırlanan məişət əşyaları, tullantılar üçün konteynerlərin istehsalçısı, kağız-karton istehsalı, "EcoBuild" – inşaat material və texnologiyaları istiqamətlərini ehtiva edir.

Ənənəvi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin stendində son il ərzində nazirliyin dəstəyi ilə hazırlanmış ətraf mühitin mühafizəsi sahəsində mütərəqqi ekoloji layihələr təqdim edir. Həmçinin Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “EkoSfera”, IDEA İctimai Birliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərgidə öz stendləri ilə iştirak edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Caspian Ecology” sərgisində də kiçik və orta sahibkarlara dəstək məqsədilə öz stendi ilə iştirak edir. Bu stenddə ekologiya sahəsində fəaliyyət göstərən bir sıra KOB subyektləri öz məhsul və xidmətlərini nümayiş etdirir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azergold”, “Azersun Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti, “BP”, “GIZ”, “SOCAR Polymer”, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və digər şirkət və strukturlar sərginin daimi iştirakçıları sırasındadır. Debütantlar arasında “SOCAR Foster Wheeler Engineering”, “MEVA A.S.” (Çex Respublikası), “DVOKUT-EKPO” MMC (Xorvatiya), “ARC Su Arıtma Texnologiyaları” (Türkiyə) və digər şirkətlər yer alır. Sərginin debütantlarının ümumi sayı isə 45 faiz təşkil edir.

Tədbirin sponsoru qismində “Mətanət A”, “BP”, “AIMC” və “Holcim Azerbaijan” şirkətləri çıxış edir.

Sərgini müşayiət edən işgüzar proqramın bir hissəsi olaraq, yerli və xarici iştirakçıları arasında “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya təşkil olunub. Bu sessiyanın gedişatında bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşıblar.

Bundan əlavə, Bakı Ekspo Mərkəzinin foyesində “Treş-art” (“Tullantıdan sənətə”) ekspozisiyası nümayiş olunur. Bu ekspozisiya çərçivəsində “Təmiz Şəhər” ASC ilə birlikdə istehsalat tullantılarından hazırlanmış sənət əşyaları sərgilənir. Həmçinin rəssam Aytən Abdullayevanın köhnə jurnal kəsiklərindən hazırlanmış orijinal rəsm əsərləri, Nəzrin Musayevanın polietilen paketlərdən hazırlanmış pannosu və xüsusi olaraq okeanları çirkləndirən plastik kütlələrdən birdəfəlik istifadə problemini ön plana çəkmək məqsədilə Azərbaycan Beynəlxalq Məktəbi “TISA”nın şagirdləri tərəfindən plastik qablardan hazırlanmış 7,5 metrlik nəhəng balina sərginin bir hissəsini təşkil edir.

Beləliklə, “Caspian Ecology” sərgisi aparıcı sənaye iştirakçıları və dövlət qurumları ilə eyni platformada görüşmək üçün imkan yaradan və yeni təchizatçı və tərəfdaşlar ilə tanış olmaq, sərfəli sazişlər imzalamaq üçün mühüm strateji qovşaqdır.

Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Bu il sərginin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi yer alırlar.

Sərgiyə noyabrın 15-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir