İQTİSADİYYAT
“Caspian Energy Forum Baku-2018” çərçivəsində 8 şirkət əməkdaşlıqla bağlı razılıq əldə edib
Bakı, 22 sentyabr, AZƏRTAC
“Caspian Energy Forum Baku–2018” çərçivəsində 8 şirkət əməkdaşlıqla bağlı razılıq əldə edib.
Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.
O bildirib ki, sentyabrın 20-də Bakıda keçirilən VII beynəlxalq “Caspian Energy Forum” çərçivəsində “Caspian European Club” ilə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb. Səkkiz şirkət əməkdaşlıqla bağlı razılıq əldə edib, 5 şirkət onların maraqlarını Avropa İttifaqı ölkələrində təmsil edəcək partnyor, 3 şirkət məhsullarını Azərbaycana çatdıracaq distribüter tapıb və 2 şirkət birgə istehsal haqqında razılığa gəlib.
T.Əliyev əlavə edib ki, “Caspian Energy Forum”un bu il noyabrın 30-da Berlində və gələn il martın 15-də İstanbulda keçirilməsi ilə bağlı rəsmi açıqlamadan sonra 43 şirkət “Caspian Energy Forum Berlin”də, 47 şirkət isə “Caspian Energy Forum Istanbul”da nümayəndə qismində qeydiyyatdan keçib.