İQTİSADİYYAT
“Caspian European Club” Şahdağda “Summer Weekend” təşkil edəcək
Bakı, 1 avqust, AZƏRTAC
“Caspian European Club” (Caspian Business Club) avqustun 26-28-də “Şahdağ” qış-yay turizm kompleksində ilk dəfə “Summer Weekend” təşkil edəcək.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev AZƏRTAC-a bildirib ki, “Summer Weekend” proqramında yalnız “Caspian European Club”un üzv şirkətlərinin rəhbər və nümayəndələri, həmçinin onların ailə üzvləri iştirak edə bilərlər.
“Caspian European Club”un üzvləri üçün Şahdağ otelində nömrə bronu zamanı eksklüziv endirimlər, həmçinin turizm kompleksinin yay mövsümündə yaratdığı bütün imkanlardan yararlanmağa şərait yaradacaq maraqlı proqram nəzərdə tutulub”, - deyə T.Əliyev qeyd edib.
“Ümid edirik ki, “Summer Weekend” “Caspian European Club”un hər il mütəmadi şəkildə keçirilən yay forumuna çevriləcək və bu forum çərçivəsində şirkət rəhbərləri qeyri-rəsmi şəraitdə perspektivli layihələr müzakirə edə və işgüzar müqavilələr nizamlaya biləcəklər”, - deyə T.Əliyev bildirib.
“Summer Weekend” çərçivəsində radioidarəedici təyyarə və avtomobil modelləri arasında Caspian Energy Qran-prisi təşkil olunacaq. Yarışmada iştirak üçün “Caspian European Club”a müraciət etmək mütləqdir.
“Summer Weekend”də qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
http://www.caspianenergy.org/index.php/en/registration/item/57-the-summer-weekend-2016