İQTİSADİYYAT


“Caspian European Club”un Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə biznes forumunun vaxtı dəyişdirilib

Bakı, 12 fevral, AZƏRTAC

“Caspian European Club”un fevralın 13-nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə nəzərdə tutulmuş biznes forumu təxirə salınıb.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Təşkili hələ yanvar ayında planlaşdırılmış tədbirə qatılmaq üçün 120-dək iştirakçı qeydiyyatdan keçib. Onların arasında Azərbaycanda akkreditə olunmuş diplomatik qurumların və beynəlxalq təşkilatların 20-dən çox rəhbər və nümayəndəsi var. Lakin əhəmiyyətli dövlət tədbirləri ilə əlaqədar Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə biznes forumun işində iştirak edə bilməyəcək.

“Bu barədə bizə tədbirin həmtəşkilatçısı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından nazirliyin rəsmi nümayəndəsi məlumat verib. Bununla əlaqədar biznes forum təxminən fevralın sonuna və ya martın əvvəlinə keçirilir. Dəqiq tarixlə bağlı əlavə məlumat veriləcək”, - deyə T.Əliyev qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.