DÜNYA


Castin Trüdo: Kanada Türkiyəyə yardım etməyə hazırdır

Castin Trüdo: Kanada Türkiyəyə yardım etməyə hazırdır

Bakı, 6 fevral, AZƏRTAC

Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin zəlzələnin fəsədlarının aradan qaldırılmasına dəstək məqsədilə Türkiyəyə kömək etməyə hazır olduğunu bildirib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Castin Trüdo bu barədə sosial media hesabındakı paylaşımında yazıb: “Türkiyə ilə Suriyadan gələn xəbər və görüntülər acınacaqlıdır. Fikrimiz bu böyük zəlzələlərdən zərər çəkən hər kəsin yanındadır. Qəlbimiz yaxınlarını itirənlərlədir. Kanada yardım göstərməyə hər an hazırdır”.

Digər tərəfdən, Kanadanın Toronto şəhərində olan Kanada Dini Vəqfi zəlzələlərlə əlaqədar yardım kampaniyası başladıb.

Türkiyənin Toronto din xidmətləri attaşesi Cihan Yalçınkaya verdiyi açıqlamada bu yardım kampaniyası ilə fəlakət yaşayanların yanlarında olmaq istədiklərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.