MƏDƏNİYYƏT


“Castle Falls” filminin treyleri yayımlanıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Bir neçə film ulduzunun rol aldığı macara janrında olan “Castle Falls” filminin treyleri nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, isveçli peşəkar idmançı və aktyor Dolph Lundgrenun rejissorluq etdiyi filmdə baş rolları “Boyka” obrazı ilə tanınan ingiltərəli məşhur aktyor Skott Adkins və amerikalı aktyor Dave Halls canlandırır.

Film 3 milyon dolları axtarmaq məcburiyyətində qalan bir qrup rəqib dəstənin macaralarından bəhs edir. Filmdə Los-Anceles şəhərinin qərb tərəfində yerləşən Castle Heights Xəstəxanasının partladılması planlaşdırılır. Dinamitlə dolu xəstəxanada qrupun pulu tapmaq üçün cəmi iki saat vaxtları var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.