CƏMİYYƏT


Casusluqda ittiham olunan iki erməni ilə bağlı cinayət işi üzrə məhkəmə iclası keçirilib YENİLƏNİB

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Gevorg Sujyan cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçdiklərini bildiriblər.

Fasilədən sonra prosesdə Gevorg Sujyanın istintaqa verdiyi ifadə elan edilib.

Sonra digər təqsirləndirilən şəxs Davit Davtyan sərbəst ifadə verib və onun istintaqa verdiyi ifadə elan olunub.

Bu cinayət işi üzrə növbəti məhkəmə iclası iyulun 28-nə təyin olunub.

Qeyd edək ki, Gevorg Sujyan və Davit Davtyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci, 276-cı, 279.1-ci və 318.2-ci maddələri ilə ittiham olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.