CƏMİYYƏT
“Caucasus Strategic Perspectives” jurnalının ilk sayı işıq üzü görüb
Bakı, 15 oktyabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) akademik nəşri olan “Caucasus Strategic Perspectives” jurnalının ilk sayı işıq üzü görüb. “Qoşulmama Hərəkatı və onun beynəlxalq əlaqələrdəki perspektivi” mövzusunda hazırlanmış jurnalın bu sayı Qoşulmama Hərəkatının fəaliyyətinə və Azərbaycanın bu təşkilata sədrliyinə həsr olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, jurnal ilin birinci yarısında çapa hazırlansa da, dünyada və Azərbaycanda hökm sürən COVID-19 pandemiyası səbəbindən oktyabr ayında istifadəyə vermək mümkün olub.
Jurnalda yer alan məqalələri “Caucasus Strategic Perspectives” jurnalının yeni istifadəyə verilmiş saytında da oxumaq mümkündür:
Qeyd edək ki, ildə iki dəfə ingilis dilində nəşr olunacaq “Caucasus Strategic Perspectives” jurnalı BMTM-in xarici siyasət məsələlər üzrə yarım-akademik nəşridir. Jurnalda xüsusilə beynəlxalq kontekstdə regionun rolundan bəhs olunur, Qafqaz regionunda baş verən və bu regiona təsir edən qlobal məsələlərə yer verilir.
Jurnalın növbəti sayı Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunacaq.