İDMAN


Cavanşir Ağakişiyev dünya kubokunda çıxışını başa vurub

Bakı, 10 fevral, AZƏRTAC

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclərin dünya kuboku yarışı keçirilir.

AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, turnirin ilk günündə kişi sablyaçıların şəxsi yarışında qaliblərin adları məlum olub. Qrupda keçirdiyi 5 görüşdən 2-sini qalib başa vuran milli komandamızın üzvü Cavanşir Ağakişiyev pley-off mərhələsinə adlayıb. C.Ağakişiyev 1/64 finalda Almaniya idmançısı Adrian Degenə 15:9 hesabı ilə qalib gəlib. O, 1/32 finalda gərgin keçən mübarizədə İtaliya təmsilçisi Roma Lorenzoya 12:15 hesabı ilə uduzub. Cavanşir Ağakişiyev ümumilikdə 100 iştirakçı arasında 61-ci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.